← Klasterlərə qayıt← Back to Clusters

Klaster 01Cluster 01

KLASTERCLUSTER

Tekstil arxiv kimiTextile as Archive

Sərginin mərkəzində yaddaşın sənədə, arxivə və ya rəsmi narrativə çevrilməzdən əvvəl də mövcud olması fikri dayanır. Yaddaş bədənlərdə, məişət rutinlərində, obyektlərdə, naxışlarda və təkrar olunan qoruyub-saxlama aktlarında yaşayır. Tekstil burada həm sərginin mövzusu, həm də metodudur: həll olunmamış olanı bir arada saxlamağın yolu.

Tekstil ənənələri, müasir bədii praktika və yeni media arasında hərəkət edən sərgi parçanı səth, kod, interfeys və bədənlə bağlı struktur kimi araşdırır. Tekstil əmək, toxunuş, təkrar və istifadə izlərini saxlayan canlı arxiv kimi fəaliyyət göstərir. Eyni zamanda o, məlumatı, məişət obyektlərini, jestləri və miras qalmış simvolları maddi formaya çevirə bilən dil kimi çıxış edir.

Formadan əvvəl yaddaş arxivi ziyarətçiləri yaddaş sənədə çevrilməzdən əvvəl onun fraqmentlərini paylaşmağa dəvət edir: hekayələr, jestlər, mahnılar, dillər, reseptlər, məişət praktikaları və qayğı aktları. Bu töhfələr sərgi boyunca böyüyən canlı kollektiv arxiv formalaşdırır və layihənin yaddaşın hələ hərəkətdə olduğu vəziyyətə yönəlmiş əsas marağını əks etdirir.

Gündəlik ötürülmə arxivi Cənubi Qafqaz üzrə səyyar səfir xanım Kirsti Narinenin şəxsi kolleksiyasından seçilmiş kontekstual məişət arxivini təqdim edir. Hazırlamaq, təkrar istifadə və qayğı praktikaları ilə bağlı məişət tekstilləri və obyektlər milli ənənə və ya dizayn tarixi nümunəsi kimi deyil, biliklərin, yaddaşın və münasibətlərin nəsillər arasında hərəkət etməyə davam etdiyi canlı arxivin fraqmentləri kimi təqdim olunur.

At the centre stands the proposition that memory exists before it becomes document, archive or official narrative. It persists in bodies, domestic routines, objects, patterns and repeated acts of maintenance. Textile is both the subject of the exhibition and its method: a way of holding together what remains unresolved.

Moving between textile traditions, contemporary artistic practice and new media, the exhibition examines fabric as surface, code, interface and embodied structure. Textile operates as a living archive that stores traces of labour, touch, repetition and use. At the same time, it functions as a language that can translate data, domestic objects, gestures and inherited symbols into material form.

Memory Without Form Archive invites visitors to contribute memories before they become documents: stories, gestures, songs, languages, recipes, domestic practices and acts of care. These contributions form a living collective archive that grows throughout the exhibition and reflects the project’s central concern with memory while it is still in motion.

Archive of Everyday Transmission presents a contextual domestic archive from the personal collection of H.E. Kirsti Narinen, Roving Ambassador to the South Caucasus. Household textiles and objects connected to making, reuse and care are presented not as illustrations of national tradition or design history, but as fragments of a living archive through which knowledge, memory and relations continue to move across generations.