← Əsərlərə qayıt← Back to Works

ƏSƏRWORK

Yaddaş formadan əvvəl arxiviMemory Without Form Archive

MüəllifAuthor
Könül RəfiyevaKonul Rafiyeva
TarixDate
2025–davam edir2025–ongoing
FormatFormat
İştirakçı kurator arxiviParticipatory curatorial archive
Memory Without Form Archive

Azərbaycan

Yaddaş formadan əvvəl

Bu kollektiv arxiv yaddaş sənədə çevrilməzdən əvvəl onun izlərini toplayır: hekayələri, jestləri, mahnıları, məişət təcrübələrini, dilləri və qayğı aktlarını. Ziyarətçilər ortaq yaddaşın formalaşan arxivinə öz “yaddaş saplarını” əlavə etməyə dəvət olunurlar.

Yaddaş formadan əvvəl arxivi

Toxunmuş xatirələr sərgisi çərçivəsində formalaşan iştirakçı kurator platformasıdır.

Arxiv sadə bir sualdan başlayır: yaddaş əşyaya, sənədə və ya rəsmi tarixə çevrilməzdən əvvəl necə mövcud olur?

Bir çox bilik formaları yazıya alınmadan ötürülür. Onlar jestlərdə, mahnılarda, reseptlərdə, tekstil ənənələrində, gündəlik vərdişlərdə və qayğı təcrübələrində yaşayır. Bu biliklər bədənlər, əllər və münasibətlər vasitəsilə nəsildən-nəslə keçir, ötürülmə zənciri qırıldıqda isə yox olmaq təhlükəsi ilə üzləşir.

Ziyarətçilər öz dillərində və istədikləri formada yaddaş parçalarını bu arxivə əlavə etməyə dəvət olunurlar. Bu töhfələr sərgi boyunca böyüyən canlı kollektiv arxivin bir hissəsinə çevrilir.

Elina Juopperinin Perintö layihəsi ilə dialoqda təqdim olunan arxiv Könül Rəfiyevanın “forma almamış yaddaş”, bədənlə bağlı bilik, kollektiv ötürmə və kuratorluğu tekstil praktikası kimi araşdıran uzunmüddətli tədqiqatını davam etdirir.

Bu arxiv tamamlanmış hekayələri qorumağa deyil, yaddaşın hələ hərəkətdə olduğu anların izlərini toplamağa çalışır.

English

Memory Without Form Archive

Memory Without Form Archive is a participatory platform developed within Threads of Remembrance.

It begins from a simple question: how does memory exist before it becomes an object, a document or an official history?

Much knowledge is transmitted without being written down — through gestures, songs, recipes, textile practices, habits and acts of care. These forms often disappear when the chain of transmission is broken.

Visitors are invited to contribute fragments of memory in their own language and form. These contributions become part of a living collective archive that grows throughout the exhibition.

Presented in proximity to Elina Juopperi’s Perintö, the archive extends Konul Rafiyeva’s research into memory before form, embodied knowledge and curating as a textile practice. Rather than preserving finished narratives, it gathers traces of memory while they are still in motion.