Azərbaycan
Bu üç kilim (raanu) Elina Juopperinin uzunmüddətli Perintö (irs) layihəsinin maddi fraqmentləri kimi təqdim olunur. Layihə irs, yaddaş və tekstil ənənələrinin yenidən aktivləşdirilməsi mövzularını araşdıran davamlı bədii tədqiqat prosesidir.
Raanu ənənəvi fin və sami yun tekstilidir. Tarixən məişət interyerlərində divar örtüyü, örtük və qoruyucu tekstil səthi kimi istifadə olunub. Juopperinin praktikasında bu tekstillər etnoqrafik əşya kimi deyil, toxunuşu, istifadəni, yaddaşı və mədəni ötürülməni daşıyan canlı material istinadları kimi təqdim olunur.
Azərbaycan Milli Xalça Muzeyində bu nümunələri yerli xovsuz toxuculuq ənənələri – kilim və palaz kimi tekstil formaları ilə səsləşir. Burada məqsəd texnikaları eyniləşdirmək deyil, müxtəlif toxunmuş yaddaş sistemləri arasında dialoq yaratmaqdır. Hər iki kontekstdə tekstil sadəcə bəzək elementi olmayıb: o, məkanı qurub, bədəni qoruyub, naxış daşıyıb və bilik formalarını nəsillər arasında ötürüb.
Bakı təqdimatında bu raanu parçaları video və arxiv materialları ilə birlikdə Perintö layihəsinin maddi komponentləri kimi çıxış edir və ziyarətçiyə Juopperinin araşdırmasının tekstil əsasını birbaşa görmək imkanı yaradır.
English
These three raanu textiles are presented as physical fragments of Elina Juopperi’s long-term Perintö project, an ongoing artistic research process concerned with heritage, memory and the reactivation of textile traditions.
Raanu is a traditional Finnish and Sámi wool textile historically used in domestic interiors as a wall hanging, blanket or protective textile surface. Within Juopperi’s practice, these textiles are not shown as ethnographic objects, but as living material references: carriers of touch, use, memory and cultural transmission.
Presented inside the Azerbaijan National Carpet Museum, the raanu textiles enter into resonance with local flat-woven textile traditions such as kilim and palaz. This is not a direct comparison of identical techniques, but a dialogue between different systems of woven memory. In both contexts, textile has served as more than decoration: it has structured domestic space, protected the body, carried pattern, and preserved forms of knowledge across generations.
For the Baku presentation, these raanu pieces function as material components of Perintö alongside video and archival materials, offering visitors a direct encounter with the textile ground from which Juopperi’s research emerges.